“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu

“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu
06.06.2025 11:36 Mədəniyyət

Yaponiyanın Osaka şəhərində “Ekspo 2025” dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib. 

TodayPress TV xəbər verir ki, Milli Günün açılışına həsr olunan tədbirdə Yaponiyanın “Ekspo 2025” üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər. 

Koji Haneda Azərbaycanın Asiya ilə Avropa arasında vacib qovşaq rolunu oynadığını bildirib.

“Ekspo 2025”də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq yaradılan milli pavilyonun Yaponiya ictimaiyyətinə Azərbaycan mədəniyyətini, ölkənin inkişafını təqdim etdiyini deyib. 

Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb.

O, 2000-ci ildə Hannoverdən başlayan Ekspoda iştirak yolunun bu gün Osakada davam etdiyini, Milan və Dubay dünya sərgilərində Azərbaycan pavilyonlarının mükafata layiq görüldüyünü, eyni zamanda, ən çox ziyarət edilənlər arasında olduğunu bildirib.

Anar Ələkbərov ölkəmizin “Ekspo 2025”də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib. 

Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. 

Qonaqlar “Ekspo 2025”dəki Yaponiya və Azərbaycan pavilyonlarını ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanır. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən “Dostluq ağacı” da yer alır. 

Aprelin 13-dən fəaliyyətə başlayan və 184 gün davam edəcək Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

FOTOLAR

“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 1
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 2
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 3
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 4
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 5
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 6
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 7
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 8
“Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olundu — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər