"Baş" tamaşasının premyerası oldu

"Baş" tamaşasının premyerası oldu
29.09.2025 10:00 Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

TodayPress TV xəbər verir ki, tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Vüsal Mustafayev (Vaxtanq Potsixaşvili), Lalə Süleymanova (Markiza Natalya de Lafonje), Ləman İmanova (Hürü bəyim), Elsevər Rəhimov (Podpolkovnik Eristov), Elçin Nurəliyev (Podpolkovnik Pavlov), Əliulla Vəliyev (Mayor Lisaneviç), Kənan Hüseynov (Sarı Çoban), Muhuma Sahov (Leşgərnevis Rza), Rəvan Səmədov (Çapar), Rüfət Əhmədov (Əmir Həmzə) çıxış edir.

“Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir.

Sisianovun başının metafizik “səyahəti” geniş bir coğrafiyada – Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir. Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir.

Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.


TodayPress TV

FOTOLAR

"Baş" tamaşasının premyerası oldu — 1
"Baş" tamaşasının premyerası oldu — 2
"Baş" tamaşasının premyerası oldu — 3
XƏBƏR LENTİ
09 AVQUST 2026
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Bakıda güclü yanğın - VİDEO 16:36 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 "Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Odessada yaşayış binaları alova büründü - VİDEO 09:58 Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var 09:31 Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi 09:35 Bütün Xəbərlər