Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı

Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı
07.08.2025 13:47 Mədəniyyət

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.

Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.

Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.

Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, Sahib Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, "Natiq" ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən  maraqlı ifaları ilə tamaşaçıların qəlbini fəth edib. 

Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.

Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun 8-dək davam edəcək.

FOTOLAR

Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 1
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 2
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 3
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 4
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 5
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 6
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 7
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 8
Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər