Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı
19.06.2025 15:46 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında mədəni və ədəbi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Çin klassiklərinin qarşılıqlı tərcüməsi və nəşrinə başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Bu təşəbbüs çərçivəsində ilk addım 19 iyun tarixində Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində atılıb. Şərqi Çin Universitet Nəşriyyatı ilə Azərbaycanın “Təhsil” nəşriyyatı arasında razılaşmaya əsasən, Çin-Azərbaycan Birgə Ekspert Komitəsi tərəfindən ilkin mərhələdə seçilmiş klassik əsərlərin hər iki dilə tərcüməsi və nəşri cari il ərzində həyata keçiriləcək.

Layihənin məqsədi iki xalqın ədəbi irsini qarşı tərəfin oxucusuna daha yaxından tanıtmaq, mədəniyyətlərarası anlaşma və ədəbi körpüləri möhkəmləndirməkdir. Nəşrə hazırlanan əsərlər həm Çin, həm də Azərbaycan ədəbiyyatının klassik nümunələrini əhatə edir və hər iki ölkədə nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim ediləcək.

Tərcümə və nəşr prosesi başa çatdıqdan sonra bu kitabların rəsmi təqdimat mərasimləri 2025-ci il oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Çin nümayəndələrinin iştirakı ilə baş tutacaq.

FOTOLAR

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 1
Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 2
Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər