Azərbaycan kinematoqrafiyası ilə bağlı yeni sərəncam qüvvəyə mindi

Azərbaycan kinematoqrafiyası ilə bağlı yeni sərəncam qüvvəyə mindi
18.06.2025 11:53 Mədəniyyət

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Sərəncam, Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etməyə yönəlib.

TodayPress TV xəbər verir ki, sərəncama əsasən, bir sıra tapşırıqlar müəyyən edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək. Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulur.

Qərar Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan marağı əhəmiyyətli dərəcədə artıracaq, bununla ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcək. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcək.

XƏBƏR LENTİ
09 AVQUST 2026
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Bakıda güclü yanğın - VİDEO 16:36 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 "Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Odessada yaşayış binaları alova büründü - VİDEO 09:58 Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var 09:31 Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi 09:35 Bütün Xəbərlər