Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur

Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur
30.07.2025 17:15 Mədəniyyət

İyulun 23-dən avqustun 2-dək İordaniyada 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, festival “Burada İordaniya... və onun şərəfi davam edir” şüarı ilə, Kral II Abdullahın himayəsi altında İordaniya Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən İbrahim Babayevin rəhbərlik etdiyi qrup və Dövlət Rəqs Ansamblının solistləri festivalda ölkəmizi təmsil edir. 

İyulun 28-də festival çərçivəsində İbrahim Babayevin rəhbərliyi ilə hazırlanmış “MughaMix” musiqi layihəsinin təqdimatı olub. Qədim Caraş şəhərinin mərkəzi meydanında reallaşan konsertdə İ.Babayev (tar), Anar Vəlizadə (balaban) və Vəfadar Ramizin (nağara) ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından “Fantaziya”, H.Həsənovun “Unuda bilmirəm” əsərləri, “Xarıbülbül” və “Sarı gəlin” Azərbaycan xalq mahnıları səsləndirilib.  

Konsertdə həmçinin İ.Babayevin “MughaMix”, “Dance in the Sky” və “17.17” əsərləri ifa olunub. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Yaylıq” xalq rəqsi, V.Mustafazadənin “Dance” əsəri və musiqiçi üçlüyünün iştirakı ilə səhnələşdirilmiş “Azərbaycan rəngləri” (Colors of Azerbaijan) kompozisiyası təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Qeyd edək ki, Caraş festivalı çərçivəsində 35 ölkədən nümayəndələrin iştirakı ilə 230-dan artıq mədəni proqramın keçirilməsi nəzərdə tutulur. Proqrama 140-dan çox şairin qatıldığı poeziya gecələri, müxtəlif xalqların musiqi və folklor ansambllarının çıxışları, eləcə də “Caraş ümidləri” adlı karikatura, təsviri sənət, xəttatlıq və ədəbiyyat günləri daxildir.

Onu da bildirək ki, ölkəmizdən ifaçı və kollektivlər 2009, 2012, 2014 və 2021-ci illərdə Caraş festivalında uğurla iştirak ediblər.

FOTOLAR

Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 1
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 2
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 3
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 4
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 5
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 6
Azərbaycan 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur — 7
XƏBƏR LENTİ
02 AVQUST 2026
Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Bütün Xəbərlər