“Soyuq ləkə” sirri açıldı: Qrenlandiyanın cənubunda su niyə isinmir?

“Soyuq ləkə” sirri açıldı: Qrenlandiyanın cənubunda su niyə isinmir?
01.07.2025 19:15 Maraqlı

Qlobal okean istiləşməsi fonunda Qrenlandiyanın cənubunda yerləşən bir su hövzəsinin soyuq qalmasının səbəbi alimlər tərəfindən araşdırılıb.

TodayPress TV xəbər verir ki, Kaliforniya Universitetinin (Riverside) alimləri bu ərazidəki suyun 100 illik temperatur və duzluluq göstəricilərini təhlil edərək nəticələrini "Communications Earth & Environment" jurnalında dərc ediblər.

Araşdırma göstərib ki, “soyuq ləkə” yalnız səthdə deyil, 3000 metr dərinliyədək müşahidə olunur. Bu anomaliyanın əsas səbəbi Atlantik meridional sirkulyasiyasının (AMOC) zəifləməsi ilə əlaqələndirilir. AMOC sistemi isti və duzlu su kütlələrini cənubdan şimala daşıyır, burada su soyuyur, sıxlaşır və dərinliklərə doğru enir. Lakin qütblərdə buzlaqların əriməsi nəticəsində okeana daxil olan təzə su bu dövranı pozur.

Alimlər qeyd edir ki, “soyuq ləkə” zonasında duzluluğun azalması, əvəzində ekvator yaxınlığında artması su hərəkətinin balanssızlaşdığını göstərir. Hesablamalara görə, 1900–2005-ci illər arasında dövriyyənin sürəti saniyədə 1–3 milyon kubmetr azalıb.

Əgər bu tendensiya davam edərsə, nəticələri qlobal miqyasda hiss olunacaq: Şimali Atlantikada qışların sərtləşməsi, tropik bölgələrdə mussonların pozulması və ərzaq təhlükəsizliyi üçün risklərin artması mümkündür.

Qeyd edək ki, daha əvvəlki araşdırmalar göstərmişdi: dünya okeanı artıq kritik turşuluq həddini keçib. Bu, atmosferdən sorulan CO₂-nin təsiri ilə dəniz canlılarının yaşama mühitinə ciddi ziyan vurur.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 AVQUST 2026
“Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Bütün Xəbərlər