"Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

"Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir
28.10.2025 11:48 Maliyyə

Bu gün Bakıda sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq "Türk Dövlətləri Insurtech Zirvəsi" öz işinə başlayıb.

TodayPress TV xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Türkiyə Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı ilə keçirilir.

Məlumata görə, zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının rəhbərləri, eləcə də qabaqcıl texnologiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində iştirakçı ölkələrin sığorta bazarlarının nümayəndələri türk dünyasında sığorta sənayesinin mövcud vəziyyəti ilə bağlı çıxış edəcək, cari bazar ehtiyacları müzakirə olunacaq.

Həmçinin əməkdaşlıq və birgə inkişaf üzrə yeni yol xəritələrinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Zirvənin keçirilməsində əsas məqsəd türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlığına nail olmaq, bu istiqamətdə əməkdaşlığı gücləndirmək və Türkiyənin qabaqcıl texnologiya şirkətlərinin təcrübəsindən yararlanmaqdır.

Qeyd edək ki, Azərbaycan bu beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq ikinci dəfədir ev sahibliyi edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər