Nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşür

Nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşür
04.08.2025 14:45 Maliyyə

Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 % artaraq – 8 milyard 438,7 milyon manat təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 375 milyon manatı (87,4 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.

İyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 642 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 3,7 %, ötən ilin eyni dövrünə nisbətən 14,1 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 17,1 % artaraq 18,524 milyon, kredit kartlarının sayı isə 6,9 % azalaraq 2,118 milyon olub. İyunda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,144 milyard manat (illik müqayisədə 32,6 % çox) və 800 milyon manat (19,6 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,9 %, POS-terminalların sayı isə 43 % artaraq müvafiq olaraq 3 440 ədəd (Bakı üzrə 1 848 ədəd) və 139 758 ədəd (Bakı üzrə 85 630 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər