Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
08.09.2025 10:29 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni sentyabrın 10-da növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib.

AMB qeyd edib ki, cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.

Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu ING avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırdığını açıqlayıb. Bundan əlavə, "Trading Economics” beynəlxalq iqtisadi statistika portalı da AMB-nin uçot faiz dərəcəsi ilə bağlı yenilənmiş proqnozunda bu ilin üçüncü və dördüncü rübü üzrə proqnozunu 7,25%-dən 7,00%-ə endirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Bütün Xəbərlər