Maliyyə naziri büdcənin göstəriciləri arasındakı fərqə münasibət bildirdi

Maliyyə naziri büdcənin göstəriciləri arasındakı fərqə münasibət bildirdi
13.06.2025 12:57 Maliyyə

Maliyyə naziri Sahil Babayev 2024-cü ilin dövlət büdcəsinin faktiki və proqnoz göstəriciləri arasındakı fərqlə bağlı Milli Məclis üzvlərinin fikirlərinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.

"Qaldırılan məsələyə konseptual və kompleks baxılmalıdır. Belə ki, bu istiqamətdə həm gəlirin, həm də xərcin proqnozu və icrası ayrılıqda dəyərləndirilməlidir. Kəsirin əslində bu iki anlayışın derivativi olduğunu nəzərə alsaq, bu göstəricilərdəki dəyişiklik kəsirin həcminə də təsir edir. Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqəlidir. Çünki, biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. İl ərzində icra zamanı isə neftin qiyməti daha yüksək olduqda, əlbəttə bu həm icmal, həm də dövlət büdcəsinin gəlirlərinə ciddi şəkildə təsir edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ikinci seqment isə qeyri-neft-qaz vergi gəlirlərinin proqnozlaşdırılması ilə bağlıdır: "Bu, ümumi ÜDM-in məbləğindən asılıdır. Belə ki, qeyri-neft-qaz vergi gəlirlərinin proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanan bir rəqəmdir, ÜDM-ə isə kifayət qədər təsir amilləri mövcuddur. Eyni zamanda, bu məsələdə beynəlxalq konyunkturanın təsirləri, xüsusilə Qarabağda bərpa və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar idxalın və buna uyğun büdcə gəlirlərinin artımı nəzərə alınmalıdır. Bildirmək istərdim ki, bu istiqamətdə proqnozlaşdırmanın təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 2025-ci ilin 4 ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə 99 % üst-üstə düşür".

"Xərcin proqnozlaşdırılması ilə bağlı isə qeyd etməliyəm ki, burada əsas faktor keçən il artan neft və qaz gəlirləri ilə bağlı büdcəyə aparılan dürüstləşmə fonunda xərclərin ciddi şəkildə artırılmasıdır. Bu, eyni zamanda həmin vəsaitlərin xərclənməsini də əsasən ilin son rübü ilə şərtləndirib. Belə ki, artan xərclərin mütləq əksəriyyətini kapital xərcləri, yəni əsaslı xərclər təşkil etmişdir ki, həmin vəsaitlərin xərc edilməsi məqsədilə müvafiq prosedurlar, o cümlədən satınalmaların keçirilməsi zəruridir", - deyə o əlavə edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər