ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırdı

ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırdı
08.08.2025 10:47 Maliyyə

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, ING 2025-ci il üzrə ÜDM-in artım proqnozunu 2%-dən 2,5%-ə artırıb.

2026-cı il üzrə proqnoz 2,5 %, 2027-ci il üzrə 2% müəyyən edilib.

Bundan əlavə, bank bu ilin dördüncü rübü üzrə artım proqnozunu 3 %-dən 4%-ə artırıb. 2026-cı il üzrə rüblük artım proqnozunu isə dəyişməz saxlayıb. Beləliklə, gələn ilin birinci rübündə proqnoz 3,5 %, ikinci rübündə 3 %, üçüncü rübündə 2,5 %, dördüncü rübündə isə 1 % müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artımını 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində proqnozlaşdırıb. “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə illik 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə iqtisadi artımın müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər