Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir
30.05.2025 14:27 Maliyyə

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edir. 

TodayPress TV xəbər verir ki, Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib. 

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb.

Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır. 

Yasemin Oruc bildirib ki, belə bir verginin yanacağın iqtisadiyyata daxil olduğu nöqtədə, yəni idxal edildiyi və ya ölkədə hasil olunduğu anda tətbiqi məqsədəuyğun olar.

O vurğulayıb ki, bu üsul mövcud aksiz sistemi vasitəsilə həyata keçirilə bilər və ilkin mərhələdə ümumi karbon emissiyalarının 60%-ni əhatə edəcək. 

Dünya Bankı rəsmisi həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycan bu verginin tətbiq dairəsini emissiyaların ticarəti sisteminə keçidlə daha da genişləndirə bilər.

Bu yanaşmanın əsas üstünlüklərindən biri isə vergidən əldə edilən gəlirin qiymət artımından təsirlənən aşağı gəlirli ailələrə kompensasiya məqsədilə nağd transferlər şəklində yönəldilməsidir. 

Ekspertlər hesab edirlər ki, bu model həm karbon emissiyalarını azaltmaq, həm də sosial ədaləti qorumaq baxımından balanslı bir yanaşmadır.

FOTOLAR

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir — 1
Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir — 2
Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər