Azərbaycanın ƏL/TMM sahəsində uyğunluq dərəcəsi yüksəldildi

Azərbaycanın ƏL/TMM sahəsində uyğunluq dərəcəsi yüksəldildi
21.01.2026 16:45 Maliyyə

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində Azərbaycanın beynəlxalq standartlara uyğunluq dərəcəsi yüksəldilib.

TodayPress TV bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) plenar iclasında təsdiq edilib.

Hesabat 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir. MONEYVAL-ın qiymətləndirməsinə əsasən Azərbaycan bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.

MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan müxtəlif sahələr üzrə risklərin qiymətləndirilməsini tamamlayıb. ƏL/TMM və benefisiar mülkiyyətçilik üzrə şəffaflığı təmin edən sistemlə bağlı yeni qanunvericilik və normativ aktlar qəbul olunub, maliyyə institutlarının fəaliyyətini tənzimləyən sahəvi qanunlara dəyişikliklər edilib, bu sahədə maarifləndirmə və təlimatlandırma aparılıb. Tələb olunan standartlara uyğun statistik məlumatların əhatə dairəsi genişləndirilib, hüquq, mühasibat və auditor xidmətləri üzrə nəzarət təkmilləşdirilib.

Nəticədə MONEYVAL ekspertləri Azərbaycan hökumətinin ƏL/TMM sahəsində qanunvericilik və tənzimləyici çərçivənin FATF tövsiyələrinə uyğunluğunun əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. Təqdim edilmiş əsaslandırmalar nəzərə alınaraq, 7 FATF tövsiyəsinin hər biri üzrə müraciətə dair müsbət qərar verilib və həmin tövsiyələrlə bağlı reytinqlər yüksəldilib.

Azərbaycan qarşıdakı mərhələdə MONEYVAL ilə institusional əməkdaşlığın davamlılığını təmin edəcək. Görülən tədbirlər ölkənin beynəlxalq maliyyə institutları və tərəfdaşları ilə əməkdaşlıq imkanlarının genişlənməsinə, habelə maliyyə sisteminin şəffaflığının və hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər