AQTİ-nin xalis mənfəəti 9 %-dən çox azaldı

AQTİ-nin xalis mənfəəti 9 %-dən çox azaldı
29.07.2025 12:39 Maliyyə

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ili 3,462 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV İnstitutun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,2 % azdır.

Ötən il Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əsas əməliyyat gəlirləri 21,442 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), sair əməliyyat gəlirləri 11,021 milyon manat (8,6 % çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,541 milyon manat (16,6 % çox), işçi heyəti üzrə xərcləri 14,499 milyon manat (21,8 % çox), amortizasiya xərcləri 5,933 milyon manat (0,5 % çox), sair əməliyyat xərcləri 3,162 milyon manat (22 % çox), mənfəət vergisi ödəmələri isə 866 min manat (9,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aktivləri 55,99 milyon manat olub ki, bu da illik müqayisədə cüzi çoxdur. Hesabat dövründə İnstitutun öhdəlikləri 3,4 dəfə azalaraq 744 min manata, balans kapitalı isə 3,3 % artaraq 55,245 milyon manata çatıb.

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 min manatdır. İstitutun fəaliyyətinin əsas məqsədi əldə edilmiş bilik və bacarıqlardan düzgün istifadə olunması, qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsidir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Bütün Xəbərlər