ADB: Azərbaycanda inflyasiya bu ilin II yarısında yavaşlayacaq

ADB: Azərbaycanda inflyasiya bu ilin II yarısında yavaşlayacaq
30.09.2025 12:41 Maliyyə

Bu ilin ikinci yarısında Azərbaycanda inflyasiya yavaşlayacaq.

TodayPress TV bu barədə Asiya İnkişaf Bankının (ADB) sentyabr hesabatına istinadən xəbər verir.

"2025-ci ilin I yarısında idxal məhsullarının qiymətlərinin artması, eləcə də 2024-cü ilin ortasında və 2025-ci ilin əvvəlində (dövlət tərəfindən tənzimlənən xidmətlərə - red.) tariflərin artırılması fonunda inflyasiya sürətlənib. Orta illik inflyasiya bu ilin iyun ayının sonuna 5,9 %-ə (2024-cü ilin birinci yarısındakı 0,7 %) qədər yüksəlib. Bu zaman qida məhsullarının qiymətləri 6,6 %, digər malların qiymətləri 2,7 %, xidmətlərin qiymətləri isə 7,5 % artıb", - bankın hesabatında qeyd olunub.

ADB-nin qiymətləndirməsinə görə, inflyasiya ilin qalan hissəsində yavaşlayacaq. Buna səbəb qiymətlərin inzibati tənzimlənməsinin təsirinin tədricən azalması olacaq.

"İnflyasiya 2 %-6 % hədəf diapazonunda qaldığı üçün Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul ayında uçot dərəcəsini 7,25 %-dən 7 %-ə (2024-cü ilin mayından bəri ilk dəfə) qədər endirib. 2025-ci ilin ikinci yarısında inflyasiyanın gözlənilən yavaşlaması nəzərə alınaraq, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarımız 4,2 % və 3,5 % olaraq qalır", - hesabatda bildirilib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci il iyul ayı) görə, cari ildə inflyasiya 5,7 %, 2026-cı ildə isə təxminən 5,3 % təşkil edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər