Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir

Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir
20.09.2025 13:30

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.

TodayPress TV xəbər verir ki, bu münasibətlə Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb. 

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, digər rəsmilər, mədəniyyət xadimləri və doğma yurda qayıtmış sakinlər iştirak ediblər.

​Məlumat verilib ki, sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

​Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev və başqa tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.

​"Qarabağ – obyektivdən tarixə" sərgisi həmçinin ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. 

Həmin ilin 15 oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən  Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb, 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad keçirilib.

Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncami ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi təqvimimizə yazılıb.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam və 25 noyabr - Kəlbəcər şəhəri günləri kimi qeyd olunur, geniş mədəni proqram təqdim edilir.

TodayPress TV

FOTOLAR

Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 1
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 2
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 3
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 4
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 5
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 6
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 7
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 8
Xankəndidə Şəhər Günü münasibətilə fotosərgi keçirilir — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər