Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi

Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi
27.06.2025 10:10

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, toplantıda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli iştirak ediblər.

Toplantının əsas məqsədi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2025-ci ilin birinci yarısına dair hesabatların təqdim olunması, həyata keçirilmiş layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Tədbirdə Avstriya, Almaniya, İtaliya, Fransa, Özbəkistan və Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabatları təqdim edilib. Hesabatlarda əsas diqqət Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları üzrə müəyyən edilmiş prioritetlər əsasında mədəniyyətimizin təbliği və təqdimatına yönəlib.

Bildirilib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin Vətən müharibəsində Qələbənin 5 illiyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi mədəniyyət mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Toplantıda həmçinin mədəniyyətin beynəlxalq miqyasda təbliğində innovativ yanaşmaların tətbiqi, mərkəzlərin vahid koordinasiyasının təmin edilməsi, səmərəliliyin artırılması və uzunmüddətli, dayanıqlı layihələrin reallaşdırılması istiqamətində strateji məsələlər müzakirə olunub.

FOTOLAR

Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 1
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 2
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 3
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 4
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 5
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 6
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 7
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 8
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirildi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər