Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirildi

Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirildi
22.12.2025 13:36

"Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru" kitabın ingilis və rus dillərində nəşrlərinin təqdimatı keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə layihəsi olan kitabın təqdimatı Bakı Kitab Mərkəzində baş tutub.

Təqdimatda elm və təhsil ictimaiyyəti nümayəndələri, paytaxtın ali məktəb tələbələri iştirak ediblər.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək yeni kitabın əhəmiyyətindən danışıb.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov xüsusi vurğulayıb ki, Şanlı Qələbənin əldə olunması və sonrakı illərdə ölkədə həyata keçirilən böyük işlərin ölkə başçısı İlham Əliyevin dahi intellekti, müdrik sərkərdəlik qabiliyyəti və sarsılmaz iradəsi sayəsində mümkün olub.

A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükurov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr edilən və artıq 11 dilə tərcümə edilən ilk kitabın davamı olaraq çap edilən 2-ci kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm tarixi hadisələrə həsr edilib.

Təqdimat mərasimində gənc fəal Eldar Əzizov, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC tələbəsi Davud Şeydayev və digərləri çıxışlarında bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin xaricdəki çoxsaylı oxuculara düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar. Xaricdə təhsil alan Azərbaycanlı tələbələr adından çıxış edən gənc fəal Eldar Əzizov vurğulayıb ki, biz ölkə hüdüdlarından kənarda təhsil alan gənclər öz Prezidentimiz, cənab İlham Əliyevin bizə dəstəyini hər zaman hiss edir və onun dahiliyini indi daha yaxından başa düşürük. Biz Prezidentimizlə fəxr edirik və xaricdəki təhsilimizə yaratdığı şəraitə görə ona dərin minnətdarlığımızı bildiririk.

Hər iki nəşr müxtəlif xarici olkələrə, Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki ingilis və rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.

TodayPress TV

FOTOLAR

Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirildi — 1
Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirildi — 2
Vətən müharibəsindən bəhs edən yeni kitabın təqdimatı keçirildi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər