“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum oldu

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum oldu
14.07.2025 15:55

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində ilk dəfə elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. 

“Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.

Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Onlar təqdim etdikləri esselərdə Şuşanın xalqımızın tarixi yaddaşındakı mövqeyini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.

Obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımıdan dəyərləndirilib.

Komissiya üzvləri tərəfindən mətnlərə müəyyən edilmiş cədvələ müvafiq olaraq qiymət verilib. Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı esselər müsabiqənin qalibləri elan edilib:

• I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva

• II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova

• III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd

Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin qalibləri diplomla təltif olunacaq, eyni zamanda I yerin sahibi 2500 manat, II yerin sahibi 1500 manat, III yerin sahibi isə 1000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi 17 iyul 2025-ci il tarixində Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində təşkil olunacaq.

Müsabiqədə iştirak edən bütün qələm sahiblərinə təşəkkür edir və onlara gələcək ədəbi fəaliyyətlərində uğurlar arzulayırıq.

XƏBƏR LENTİ
01 AVQUST 2026
İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Bütün Xəbərlər