Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi inşa olunacaq

Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi inşa olunacaq
07.04.2026 22:20

Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tikiləcək.

TodayPress TV xəbər verir ki, mərkəz zəruri ictimai ehtiyac layihəsi hesab edilib və Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin əmri ilə layihənin həyata keçirilməsi üçün müvafiq şirkətə 5 şəxsin daşınmaz əmlakını müsadirə etmək hüququ verilib.

Sənəddə bildirilib ki, Gürcüstanda uzun illərdir Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərir, Qorqasali küçəsində yerləşən binası fəaliyyət üçün kifayət etmir və tikili qəzalı vəziyyətdədir. Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyi Qorqasali küçəsi 25 ünvanında teatr üçün yeni binanın inşasına qərar verib. 2023-cü ilin oktyabrın 27-də yeni binanın təməlqoyma mərasimi keçirilib. Daha sonra tikinti meydançasının layihələndirilməsi zamanı torpaq sahəsinin tikinti üçün kifayət etmədiyi müəyyənləşdirilib. Bu səbəbdən hər iki ölkənin rəhbərliyi tikinti meydançasının genişləndirilməsi haqqında qərar qəbul edib.

Həmin ərazidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin inşası planlaşdırılır. Mərkəzin böyük binası 5380 metr² sahədə tikiləcək. Binada konsert zalı və mədəni tədbirlər üçün müxtəlif məkanlar yaradılacaq.

Çoxfunksiyalı mərkəzdə mədəni və akademik proqramlar həyata keçiriləcək. Mərkəz mədəni turizmin inkişafı üçün əlavə imkanlar yaradacaq və beynəlxalq mədəni tədbirlərin, sərgilərin və festivalların keçirilməsi üçün mühüm məkana çevriləcək ki, bu da öz növbəsində ölkədə iqtisadi fəallığa müsbət təsir göstərəcək və investisiya mühitinin yaxşılaşdırılmasına töhfə verəcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər