Tbilisidə azərbaycanlı hərbi xadim haqqında film nümayiş olundu

Tbilisidə azərbaycanlı hərbi xadim haqqında film nümayiş olundu
12.10.2025 03:22

Tbilisidə Gürcüstan əsilli görkəmli azərbaycanlı hərbi xadim Vəli bəy Yadigarovun (1898-1971) həyatından bəhs edən “Polkovnik” adlı sənədli film (2015) nümayiş olunub.

TodayPress TV xəbər verir ki, tədbir Vaxtanq Salaridze adına konsert zalında Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, sənədli filmin ideya müəllifi, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, ekran əsərinin rejissoru Tahir Əliyev, Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev də iştirak edib.

Faiq Quliyev deyib ki, "Polkovnik" filmi yalnız bir həbçinin həyatını əks etdirən ekran əsəri deyil, Azərbaycanla Gürcüstan arasında ortaq tarixdən də bəhs edir, milli yaddaşımıza, qəhrəman keçmişimizə ehtiramın göstəricisidir.

Həsən Həsənov çıxışında Vəli bəyin Gürcüstan, Azərbaycan və Polşanı əhatə edən şərəfli döyüş yolundan ətraflı söz açıb, filmin onun Polşada səfir olduğu dönəmdə lentə alındığını vurğulayıb.

O, Vəli bəyin əslən Gürcüstanın Təkəli kəndindən olduğunu və gənc ikən Azərbaycana gedərək ilk respublikanın ordusuna qoşulduğunu diqqətə çatdırıb:

“O, bolşeviklərə məğlubiyyətdən sonra Gürcüstana dönüb və bir müddət burada yaşayıb. Gürcüstanda da sovet rejimi qurulanda mühacirət etməyə məcbur olub. Polşada uzun illər yaşayıb və polkovnik rütbəsinə qədər xidmət göstərib. Polşa Milli Ordusunun Kavaleriya Məktəbinin müdiri olub. Polşada mürəkkəb hərbi-siyasi vəziyyət yarananda o, Polşada qala bilmir və Argentinaya köçür. Yadigarov bəy nəslindən olsa da, dəniz limanında yük daşıyan işləməyə məcbur olur. Qızına azərbaycanlı adı verir. Onunla görüşmüşdüm, azərbaycanlı olması ilə fəxr etdiyini demişdi. Azərbaycanda heç vaxt olmasa da, atası onu Azərbaycana sevgi ruhunda tərbiyə etmişdi. Bolşeviklər Polşadan gedəndən sonra qızı ata-anasının qalıqlarını Argentinadakı məzarlıqdan çıxarıb İspaniyaya, daha sonra Varşavaya aparmışdı. Vəli bəyin qalıqlarını Polşada yüksək səviyyədə, general protokoluna uyğun olaraq qarşılamışdılar. O, müsəlman qəbirstanlığında dəfn olunmasını vəsiyyət emişdi. Baxmayaraq ki, həyat yoldaşı xristian idi, o da müsəlman qəbirstanlığında torpağa tapşırılıb”.

O əlavə edib ki, 2017-ci ildə Varşavanın mərkəzi parklarının birində Vəli bəy Yadigarovun və general-leytenant Süleyman bəy Sulkeviçin büstləri qoyulub.

Daha sonra çıxış edən Tahir Əliyev deyib ki, ekran əsəri filmoqrafiyasında xüsusi yer tutur: "Arzu edirəm ki, film gürcü dilinə də tərcümə olunsun və növbəti nümayiş Gürcüstan ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutsun".

Sənədli filmi izləyənlər arasında Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri, ziyalılar, gənclər və tələbələr olub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər