Tbilisidə azərbaycanlı hərbçiyə həsr edilən "Polkovnik" filminin təqdimatı olacaq

Tbilisidə azərbaycanlı hərbçiyə həsr edilən "Polkovnik" filminin təqdimatı olacaq
06.10.2025 17:54

Tbilisidə görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş "Polkovnik" sənədli filminin təqdimatı keçiriləcək.

TodayPress TV xəbər verir ki, filmin nümayişi Azərbaycanın Mədəniyyət Nazirliyi və "Salnamə" sənədli filmlər studiyasının birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə 11 oktyabr 2025-ci il, saat 17:00-da Vaxtanq Salaridze adına konsert zalında baş tutacaq.

Dövlət sifarişi ilə çəkilən ekran əsəri Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət etmiş, hər üç ölkədə yüksək hərbi rütbələr qazanaraq bir çox orden və medallarla təltif olunmuş polkovnik Vəli bəy Yadigarın həyat yolundan bəhs edir.

Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri, Tbilisidən olan ictimai-siyasi xadim Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.

Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.

Bu ekran əsəri təkcə Vəli bəy Yadigarovun şəxsi qəhrəmanlığını deyil, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı mühüm rolu tamaşaçılara təqdim edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər