Şuşaya həsr olunmuş kitabın Ankarada təqdimatı oldu

Şuşaya həsr olunmuş kitabın Ankarada təqdimatı oldu
02.08.2025 07:11

Avqustun 1-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı Baş Katibliyində “Qarabağın tacı, Qafqazın incisi, türk dünyasının mədəniyyət paytaxtı Şuşa” kitabının təqdimat mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Ankaradakı səfirliyinin və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şuşa rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəis müavini Abdulsamet Taş, Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycanın Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general Zaur Zeynalov, TÜRKSOY-un Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstan üzrə nümayəndələri, ziyalılar, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Şuşanı ”Qarabağın tacı, Qafqazın incisi” adlandıran TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu şəhər təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, türk dünyasında da xüsusi yer tutan mədəniyyət, memarlıq, incəsənət mərkəzidir.

Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan S.Raev kitabda bu mühüm sənədin də qəbul olunmasının tarixindən və faydasından bəhs olduğunu vurğulayaraq bildirib ki, sözügedən nəşr bu ecazkar şəhəri Türkiyə oxucularına yaxından tanıdacaq.

Şuşa rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov isə deyib ki, Elçin Əhmədovun zəhməti ilə ərsəyə gələn bu kitab artıq təkcə Türkiyə türkcəsinə deyil, İtaliyanca və başqa dillərə də tərcümə edilib. Baş məsləhətçi kitabın Türkiyə türkcəsinə çevrilməsində isə TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlının əməyini xüsusilə qeyd edib.

Səfir Rəşad Məmmədov kitabın hazırlanması ilə əlaqədar təşəkkürünü bildirərək qeyd edib ki, 1991-ci ildə ikinci dəfə suverenliyinə qovuşan Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün ağır bədəllər ödəyib və şəhərin qədim tarixiliyinin, memarlıq üslubunun bərpası üçün hazırda tikinti-bərpa işləri mütəmadi şəkildə davam etdirilir.

Vasif Qurbanzadə deyib ki, Şuşada hazırda işğaldan sonra ciddi, dünyaya səs salan beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb:

“Bu tədbirlərin keçirilməsində məqsəd həm də sizləri Şuşaya dəvət etməkdir. Buyurun, gəlin Şuşanın ecazkarlğını öz gözlərinizlə görün”.

Sonda azərbaycanlı musiqiçilər - xanəndə Məftun Səfərli, tarda Nihad Qədirli, kamanda Rza Məhəmmədinin ifasında Azərbaycan xalq mahnıları və muğamlardan nümunələr, TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın rəhbərliyi ilə xor kollektivinin Qarabağla bağlı ifaları səsləndilirib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər