“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanat yaydı

“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanat yaydı
01.10.2025 12:06

“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsinin XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Biz, illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə ölkənin ən böyük nəşriyyatlarından biri kimi qatılır, yüzlərlə müəllifin kitablarını təqdim edir, onlarla tədbir təşkil edir, minlərlə oxucu ilə görüşürük. Lakin təəssüf ki, hər il bu səylərimiz təşkilatçılar tərəfindən aqresiya ilə qarşılanır. 

Keçən sərgidə yer haqqı üçün bizdən 13 min manat tələb olundu və sərgi nəticəsində ziyanla çıxmış olduq. Bu il isə, əvvəlcə bizə və “Əli və Nino” kitab şəbəkəsinə sərgi salonunun sonunda  yer ayrıldığı bildirilsə də, son anda bu yerlər başqa təşkilatlara verildi. Dünən gün ərzində Mədəniyyət Nazirliyinin müxtəlif məsul şəxsləri ilə (Xəyal müəllim, Vasif müəllim, Fərid müəllim və s.) davamlı danışıqlardan sonra bizə söz verildi ki, əvvəlki yerimiz bərpa olunacaq. Lakin bu gün məlum oldu ki, həmin söz yerinə yetirilməyib.

Bu, təkcə “Qanun” və “Əli və Nino” ya qarşı deyil, yerli müstəqil nəşriyyat sektoruna, oxuculara və müəlliflərə qarşı sayqısızlıqdır.

Biz aşağıdakıları bəyan edirik:

-Əgər bizə sərgidə ədalətli və uyğun yer təqdim olunmasa, sərgidə iştirakdan imtina edəcəyik;

-Nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq;

- Müəlliflərimiz və oxucularımız qarşısında üzr istəyir, onlara bu tədbirləri daha münasib və peşəkar bir şəraitdə keçirməyi söz veririk.

Kitabı və kitab oxucusunu bir mədəni dəyər kimi görürük. Bu dəyərlərin tapdanmasına susmaq niyyətində deyilik."

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər