"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim təşkil olundu

"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu
22.07.2025 09:15

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 21-də "Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim keçirilib. 

TodayPress TV xəbər verir ki, 22 iyul – Milli Mətbuat Günü münasibətilə reallaşan təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin media və kommunikasiya üzrə məsul əməkdaşları iştirak ediblər. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova tərəfindən aparılan təlimdə alim mədəniyyət və kommunikasiya məfhumları ilə bağlı fikirlərini bölüşüb. O bu sahədə müasir beynəlxalq təcrübədən danışıb, əsas tendensiyaları konkret faktlarla diqqətə çatdırıb. 

Təlim gedişində media ilə ünsiyyət, rəqəmsal kommunikasiya strategiyaları və s. anlayışlar barədə də söhbət açılıb, qeyd olunan sahə üzrə fəaliyyət göstərən əməkdaşların diqqət yetirməli olduğu məqamlar vurğulanıb. 

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova təlimin əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, informasiya cəmiyyətində mədəniyyət müəssisələrinin fəaliyyətinə dair mətbu məhsul hazırlanarkən çağdaş oxucunun tələbatı ilə yanaşı, aidiyyəti qurumun və ümumiyyətlə, dövlətin mədəniyyət siyasəti də nəzərə alınmalıdır. 

Sonra tədbir çay süfrəsi ətrafında davam edib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

FOTOLAR

"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 1
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 2
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 3
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 4
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 5
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 6
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 7
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda  təlim təşkil olundu — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər