Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü

Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü
09.12.2025 18:14

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımız “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edir. 

TodayPress TV xəbər verir ki, mötəbər tədbirlə əlaqədar 50-dək ölkədən rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye üzrə ekspertlərdən ibarət 300-dən çox qonaq Azərbaycana təşrif buyurub.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində beynəlxalq tədbirin rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli ilə İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub. 

Qonağı salamlayan nazir belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İƏT-in rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının İƏT-lə əlaqələri strateji əhəmiyyət daşıyır. 

Festivalın əhəmiyyətini qeyd edən nazir deyib ki, bu layihə İslam dünyasında mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır.

Tariq Ali Bakhit görüşə, festivalın yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. İƏT rəsmisi Azərbaycanın İslam dünyasında həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə mühüm töhfələr verdiyini məmnunluqla diqqətə çatdırıb. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.

TodayPress TV

FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü — 1
Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü — 2
Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər