“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu
09.10.2025 14:27

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif illərinə aid 60-dan çox əsər nümayiş olunur.

Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son dönəmlərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.    

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, pedaqoji fəaliyyətindən, unudulmaz xatirələrdən danışıblar. Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.

Daha sonra  tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, zəngin yaradıcılıq yolu keçmiş Arif Ələsgərov sənaye və qrafik dizayner, rəssam-qrafik və rəngkarlıq ustası kimi tanınır. Leninqradda V.İ. Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası) bitirdikdən sonra, 1970-ci illərdən başlayaraq Arif Ələsgərov həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda keçirilən sərgilərin daimi iştirakçısı olub. Bu gün onun əsərləri Azərbaycan və Rusiyanın muzeylərində, eləcə də  Polşa, Macarıstan, Yaponiya, Fransa, ABŞ, Böyük Britaniya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir – burada zaman sanki başqa cür axır, hər şey öz axarında, səssiz və dərin bir harmoniya içində davam edir.

Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edəcək. Bununla yanaşı, doğma Abşeronun təbiəti, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu Türkiyədə yaratdığı Kappadokiya, Trabzon kimi bölgələrdən ilhamlanmış mənzərələr də ekspozisiyanın mühüm hissəsini təşkil edir.

Sevgi mövzusu Arif Ələsgərovun palitrasında xüsusi yer tutur. “Görüş”, “Yeni evlənənlər”, “Aşiq samovarlar” kimi əsərlər bu mövzunu həm məcazi, həm də real çalarlarda təqdim edir. Həmmüəllifi olduğu “Fəhlə əlləri” və “Səadət” adlı monumental rəngkarlıq sahəsində yaradılmış mozaik pannoların fotoları isə tamaşaçıya rəssamın fərqli yaradıcılıq imkanlarını göstərir.

Ekspozisiyada yer alan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid qurama və samovarlar rəssamın xalqın milli ruhunu ifadə edən əsərləri ilə xüsusi ahəng yaradır. 

Arif Ələsgərovun məşhur tabloları sırasında olan “Pəhləvan” əsərinin həm ənənəvi, həm də vizuallaşdırılmış təqdimatda-animasiya formasında nümayişi sərginin digər maraqlı hissələrindəndir.

Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

TodayPress TV

FOTOLAR

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 1
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 2
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 3
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər