“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu

“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu
27.11.2025 14:56

Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib. 

TodayPress TV xəbər verir ki, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası tərəfindən həyata keçirilib. 

Tamaşaçılar arasında musiqisevərlər, mədəniyyət və media nümayəndələri olub. Səhnədə klassik musiqi ilə dramatik ifa bir araya gələrək tamaşaçılara unudulmaz anlar yaşadıb. Opera truppasının ifaçıları həm vokal, həm də səhnə performansları ilə yüksək peşəkarlıq nümayiş etdiriblər. 

Budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa edib. Digər rollarda Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) və Əməkdar artist Elxan Mansurov (Solo tarda) çıxış ediblər. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı isə Xalq artisti Mədinə Əliyevadır.

Səhnə əsəri haqda məlumat verən Hafiz Quliyev bildirib ki, uzun müddət idi ki, bu günü həyəcanla gözləyiblər:

“”Əsli və Kərəm” operası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”dan sonra yazdığı operalardandır və bu günə qədər yaşayır. Ayrı-ayrı illərdə müxtəlif quruluşlarla təqdim olunub. Biz bu əsəri yenidən səhnələşdirdik. Bu gün teatra gənclər gəlir və onlar Əslini, Kərəmi canlandırırlar. Əsərin sujeti olduqca maraqlıdır və Üzeyir Hacıbəyli bu sujetə çox gözəl bir musiqi yazıb. Bugünkü tamaşada iki gənc sənətkar əsas obrazları canlandıracaq. Bu əsər daim teatrın repertuarında olacaq və teatr səhnələrində uzun illər yaşamağa davam edəcək”.

Əməkdar artist Elnur Zeynalov bildirib ki, daha öncə də Kərəm obrazını canlandırıb:

“Mən daha öncə də Kərəm obrazını ifa etmişəm. 25 illik fasilədən sonra ilk dəfə 2014-cü ildə məhz opera səhnəsində tamaşaçı qarşısına çıxmışdım. Çox sevinirəm ki, bu qədər möhtəşəm bir əsərdə rol almışam”. 

Gənc solist Gülzar Ramizli bildirib ki, “Əsli və Kərəm” operasında Əsli obrazını səhnələşdirmək onun üçün böyük sevinc və şərəfdir:

“Çox sevincliyəm. ‘Əsli və Kərəm’i bu səhnədə canlandırmaq mənim üçün çox xoşdur, çox şərəflidir, eyni zamanda da həyəcanlıdır. Özümü çox xoşbəxt ifaçılardan hesab edirəm, çünki artıq Üzeyr Hacıbəylinin bir neçə əsərinin baş rolunda ifa etmişəm. Əsli obrazında isə ilk dəfə çıxış edəcəm. Bu çox qürurvericidir”.

Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  2011-ci ildə  Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.

Tamaşaçılar  sonda ifaçılara alqışlarla təşəkkür ediblər.

Xatırladaq ki, bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəmrolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu,  İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb. 

Qeyd edək ki, “Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə  Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi. 

1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, “Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. Üzeyir Hacıbəyli operanın mövzusunu Azərbaycan xalq dastanlarından və aşıq musiqisindən ilhamlanaraq yaradıb.

 Əlavə olaraq bildirək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi “Əsli və Kərəm” operasını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında - Şəkidə, “Opera günləri” layihəsi çərçivəsində  İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.

TodayPress TV 

FOTOLAR

“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 1
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 2
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 3
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 4
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 5
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 6
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 7
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 8
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 9
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu — 10
XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər