Çingiz Abdullayevdən Aqil Abbasa sərt cavab: “Mənim belə insanlara yazığım gəlir”

Çingiz Abdullayevdən Aqil Abbasa sərt cavab: “Mənim belə insanlara yazığım gəlir”
16.10.2025 13:29

Xalq yazıçısı Çingiz Abdullayev deputat, yazıçı Aqil Abbasla bağlı mübahisəli fikirlər səsləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə yazıçı iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. 

Belə ki, Çingiz Abdullayev Aqil Abbasın onun açıqlaması ilə bağlı söylədiyi “Üç min yazıçı haradadır, pambıq yığırıq?!” fikrinə belə reaksiya verib:

“Bir müddət əvvəl kitab sərgisində dedim ki, 3 mindən çox yazıçımız var. İstəyərəm ki, onlar qonorar alsınlar, yaxşı dolansınlar, kitablarını öz pulları ilə çap etdirməsinlər. Yəni bu xərci nəşriyyat çəksin, kitablar satılsın, daha çox oxucuya çatsın. Amma yazıçımız Aqil Abbas deyib ki, 3 min yazıçı haradadır, bunlar pambıq yığırlar?! Axı mən bunu özümdən deməmişəm. Azərbaycanda 3118 yazıçı var. Sən niyə mənim üstümə düşmüsən, ay kişi?! Deyirlər, fikir vermə. Sadəcə, mənim belə insanlara yazığım gəlir, çünki onlar dözmürlər.  Sən niyə dözmürsən? Dedim ki, yazıçılara kömək etmək lazımdır. Baxın, xəyanət budur”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər