Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı

Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
27.08.2025 13:06

26 avqust saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.

TodayPress TV xəbər verir ki, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Sərgi 15 sentyabradək davam edəcək.

FOTOLAR

Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı — 1
Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər