Bakıda ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı keçirilir

Bakıda ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı keçirilir
05.12.2025 11:33

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) işbirliyi ilə 5-11 dekabr tarixlərində paytaxtımızda İƏT Mədəniyyət Festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, Bakı Yaradıcı Həftə – 2025 çərçivəsində ölkəmizdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi istiqamətində mühüm addım olan bu beynəlxalq tədbir ölkəmizin İƏT-ə daxil olan dövlətlərlə əməkdaşlığının genişləndirilməsi üçün xüsusi platforma olacaq. Festival, eyni zamanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə, mədəni müxtəlifliyin təbliğinə xidmət edəcək.

Festivalda İƏT-ə üzv olan 30-dan çox ölkənin rəsmi nümayəndə heyətləri, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edəcək. Bu böyük tədbirin yüksək səviyyəli qonaqları üçün mədəniyyət sahəsində ən son nailiyyətlər, həmçinin ölkəmizin turizm və iqtisadi imkanları təqdim olunacaq. Ümumilikdə, festival çərçivəsində bir həftə ərzində 5 000-ə yaxın ziyarətçinin iştirak edəcəyi gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətlərinin yaradıcı məhsullarının sərgiləndiyi “Mədəni sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, İKT və innovasiyalar sahəsində panel müzakirələr, moda və dizayn sərgiləri, oyun texnologiyaları üzrə beynəlxalq forum, eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrinə bağlı müxtəlif layihələr planlaşdırılır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər