Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu

Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu
25.09.2025 16:08

24 sentyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.

TodayPress TV xəbər verir ki, ustad dərsindən əvvəl Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tədbir iştirakçılarını salamlayaraq, əcnəbi musiqiçiləri təqdim edib.

Trio tərkibində çıxış edən tanınmış musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ourd (skripka) Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsi keçiblər. 

Ustad dərsi zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, əcnəbi musiqiçilərdən faydalı tövsiyələr alıblar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirilib.

Tədbirdə Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

TodayPress TV

FOTOLAR

Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 1
Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 2
Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 3
Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 4
Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 5
Bakı Musiqi Akademiyasında ustad dərsi təşkil olundu — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər