Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında iştirak etdi

Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında  iştirak etdi
07.10.2025 11:16

Qazaxıstanın Aktau şəhərində 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilib.

TodayPress TV xəbər verir ki, türk dünyası kinematoqrafiyasının inkişafı və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olan festivalın açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Festival günləri ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Sammitdə üzv ölkələrin kino rəhbərləri gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.

Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrinə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb:

“Tağıyev: Neft” bədii filmi – Tammetrajlı film kateqoriyasında  “Ən yaxşı aktyor” nominasiyası,

“Bəlkə də” bədii filmi –  Tammetrajlı film kateqoriyasında “Ən yaxşı ssenari” nominasiyası,

“Nargin” bədii-sənədli filmi – Sənədli film kateqoriyasında “İkinci yer” mükafatı.

“Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.

TodayPress TV

FOTOLAR

Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında  iştirak etdi — 1
Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında  iştirak etdi — 2
Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında  iştirak etdi — 3
Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında  iştirak etdi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər