Azərbaycan Fotoqrafları Birliyi bəyanat yaydı

Azərbaycan Fotoqrafları Birliyi bəyanat yaydı
02.02.2026 20:44

Azərbaycan Fotoqrafları Birliyi (AFB) bəyanat yayıb. TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Fotoqrafları Birliyi (AFB) ictimai, yaradıcılıq və qeyri-kommersiya təşkilatı olub, açıq cəmiyyət, könüllülük və özünüidarə prinsipləri əsasında fəaliyyət göstərir. Birlik Azərbaycan Respublikasının Konstitusiyasına və öz Nizamnaməsinə uyğun olaraq fəaliyyətini həyata keçirir. AFB 20 noyabr 1998-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb. Son dövrlər fotoqrafiya ictimaiyyətində və beynəlxalq platformalarda “Azərbaycan Fotoqraflar Federasiyası” adı altında çıxış edən bir qurumla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Bu məsələ ilə əlaqədar Azərbaycan Fotoqrafları Birliyi olaraq ictimaiyyətə və peşəkar fotoqrafiya mühitinə aydınlıq gətirməyi zəruri hesab edirik.

Azərbaycan Fotoqrafları Birliyi rəsmi qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə “Azərbaycan Fotoqraflar Federasiyası” adlı təşkilatın hüquqi statusu ilə bağlı məlumat verilməsi barədə rəsmi qaydada müraciət etmişdir. Nazirliyin rəsmi yazılı cavabına əsasən, bu adda hər hansı bir təşkilat Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyib və hüquqi baxımdan mövcud deyil.

Bununla yanaşı, müşahidələr göstərir ki, bəzi şəxslər və qruplar bu adda qurumun nümayəndələri kimi çıxış edir, müxtəlif platformalarda və yazışmalarda ölkəni və Azərbaycan fotoqrafiyasını təmsil etdiklərini bildirirlər. Daha bir narahatedici məqam ondan ibarətdir ki, fotoqrafiya sənətinin inkişafı adı altında ianələrin toplanılması halları da mövcuddur. Hüquqi statusu olmayan bir qurumun adından bu cür fəaliyyət etik və institusional risklər yaradır, eyni zamanda yerli və xarici vətəndaşlar (qurumlar) arasında çaşqınlığa səbəb olur.

Qeyd etmək istərdik ki, bəzi hallarda bu fəaliyyətlər tərəflərindən “Niyyət Məktubu”nun mövcudluğu ilə əsaslandırılır. Bununla bağlı vurğulamaq vacibdir ki, niyyət məktubu hər hansı quruma hüquqi status, təmsilçilik səlahiyyəti və ya rəsmi fəaliyyət hüququ vermir. Hüquqi şəxs kimi tanınma və ictimai fəaliyyət üçün dövlət qeydiyyatı əsas və zəruri şərtdir.

Azərbaycan Fotoqrafları Birliyi bu məsələyə peşəkar məsuliyyət və sahənin sağlam inkişafı baxımından qiymət vermək niyyətindədir. Beynəlxalq əməkdaşlıqda və mədəni sahələrdə şəffaflıq, hüquqi dəqiqlik və doğru təmsilçilik əsas prinsiplərdir. Bu prinsiplərin pozulması isə bütövlükdə Azərbaycan fotoqrafiyasının beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər.

Bu Bəyanatın məqsədi ictimaiyyəti və beynəlxalq tərəfdaşları məlumatlandırmaq, eyni zamanda fotoqrafiya sahəsində fəaliyyət göstərən qurum və şəxsləri rəsmi statusa, hüquqi əsaslara və doğru məlumatlara diqqət və həssaslıqla yanaşmağa çağırmaqdır.Azərbaycan Fotoqrafları Birliyi ölkədə fotoqrafiyanın inkişafı, peşəkar mühitin formalaşması və beynəlxalq əlaqələrin sağlam əsaslar üzərində qurulması istiqamətində fəaliyyətini davam etdirir və bu sahədə etik davranışın, qanunauyğunluğun və ictimai etimadın qorunmasını vacib hesab edir.

Aşağıda Azərbaycan Fotoqrafları Birliyinin rəsmi müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş məktub təqdim olunur"

TodayPress TV



FOTOLAR

Azərbaycan Fotoqrafları Birliyi bəyanat yaydı — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər