"Art Weekend" festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açıldı

"Art Weekend" festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açıldı
01.11.2025 23:55

Bakının mədəni həyatını zənginləşdirən "Art Weekend" festivalı çərçivəsində Daş Salnamə Muzeyində "Baku Steel Art 2025" və "Son dalğa" adlı sərgilər açılıb.

TodayPress TV xəbər verir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

"Baku Steel Art 2025" sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.

"Lövbər" əsərinin müəllifi Zamik Rzayev öz əl işi barədə məlumat verib. "Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10 gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib",- deyə Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, "Torpaq və od" əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: "Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə biləcəyinin şahidi oldum".

"Son dalğa" adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub. Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət edir.

"Son dalğa" iki monumental çərçivə zərb alətindən ibarət kinetik bir quraşdırmadır və ayrı-ayrı otaqlarda asılıb. Tavandan asılan zərb alətləri yavaş və ritmik hərəkətə gətirilir. Hərəkət dənizin nəfəsi kimi incə, lakin davamlıdır. Quraşdırma soyuq və isti atmosferdə açılır. İlk otaqda mavi-ağ işıqla dolu, dəniz sakit və uzaq görünür. Qışın donmuş sakitliyi havada qalır, təbiətin dinc ritmini daşıyır. Dalğaların səsi uzaqdan gələn bir əks kimi eşidilir. İkinci otaqda isə işıq qızılı və canlı, yay günəşinin parıltısı, hərəkətli sudakı parıltı kimidir. Mexaniki ritm daha qabarıqdır, dənizi canlandıran və hərəkətə gətirən istiliyi çağırır. Bu iki dünya arasında dialoq yaranır. Eyni səs iki fərqli əhvalda, eyni dəniz iki mövsüm boyu nəfəs alır.

TodayPress TV


XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər