7 min şagird dövlət sifarişi əsasında təhsil alacaq

7 min şagird dövlət sifarişi əsasında təhsil alacaq
07.09.2025 16:58

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini  dövlət sifarişi əsasında təhsil alacaqlar. 

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Nazirlik tərəfindən 2025/2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb. Qəbul prosesində minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük marağın göstəricisidir.

Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb. Bu səbəbdən, yüksək bal toplasa da bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv zərurətdən irəli gəlir.

Xüsusilə fortepiano ixtisasına 9213 müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə nümayiş etdirir.

"Şagirdlərin ixtisas seçimi zamanı bal göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən edilmiş digər kriteriyalar da tətbiq olunub. Qəbul qaydaları əvvəlcədən açıqlanıb və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq edilib. Ən yüksək bal  toplayan namizədlər tələb olunan kriteriyalara düzgün cavab veriblərsə,  qəbul olunublar.

Bununla yanaşı namizədlərə  əlavə imkanlar yaradıb. Belə ki, texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, həmçinin 80 və yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan namizədlərə ödənişli əsaslarla təhsil almaq imkanı təqdim olunub.

Eləcə də incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilər. Bu imkan həm də həvəskar şəkildə incəsənətlə məşğul olan uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir.

İncəsənət təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdiriləcəkdir.

İncəsənət məktəblərimizə qəbul olunmuş minlərlə şagirdimizə uğurlar arzulayırıq!", - deyə məlumatda qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlər üçün yeni standart 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Bütün Xəbərlər