Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir

Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir
23.06.2025 18:08 Kənd Təsərrüfatı

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasında rəsmi səfərdədir. 

TodayPress TV xəbər verir ki, nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti əvvəlcə Qırğız Respublikasının Çuy vilayətinin Araşan kəndində yerləşən “Altın Araşan” xırdabuynuzlu heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıblar.

Təsərrüfat sahibi qonaqlara ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, yerli qoyun cinsləri, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. 

Daha sonra nümayəndə heyəti Maevka kəndində yerləşən daha bir xırdabuynuzlu heyvandarlıq müəssisəsində olub. Səfər iştirakçılarına müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının əhəmiyyəti, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasında fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarına da baş çəkib, özəl sektorda akvakultura sahəsində görülən işlərlə maraqlanıblar. Qonaqlara məlumat verilib ki, balıqçılıq təsərrüfatları əsasən əmtəəlik məqsədlə forel balıqlarının yetişdirilməsi ilə məşğul olur. Görüşdə balıqçılıq təsərrüfatlarının qurulması, avadanlıqlarla təchiz edilməsi, istismarı və bu təsərrüfatlarda sanitariya rejiminə əməl olunması, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılığa dəstək mexanizmləri, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə olunub, görüş iştirakçıları balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsinə dair fikirlərini bölüşüblər. 

Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğızıstanda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısında və IV Türk Dövlətləri Aqrobiznes Forumunda iştirak edəcək. Nazirin tədbirlər çərçivəsində ikitərəfli görüşləri nəzərdə tutulur.

FOTOLAR

Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir — 1
Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir — 2
Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir — 3
Məcnun Məmmədov Qırğız Respublikasında rəsmi səfərdədir — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər