Heyvan sağlamlığının təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir

Heyvan sağlamlığının təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir
17.12.2025 09:56 Kənd Təsərrüfatı

AXA ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində kompleks tədbirlərini davam etdirir.

Bu barədə TodayPress TV-yə Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.

Həyata keçirilən profilaktik tədbirlər çərçivəsində AXA əməkdaşları tərəfindən ümumilikdə 10 067 970 kv.m2 ərazidə dezinfeksiya tədbirləri həyata keçirilib.

Heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərinin həyata keçirilməsi heyvan sağlamlığının qorunması, məhsuldarlığın artırılması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsərrüfatlarda heyvanların saxlanıldığı tikililər, tikili ətrafı ərazilər, avadanlıqlar və inventarlar qanunvericiliyə uyğun olaraq mütəmadi dezinfeksiya olunmalıdır. Dezinfeksiya tədbirləri bakteriya, virus, göbələk və parazit kimi patogenlərin məhv edilməsinə şərait yaradır.

Müntəzəm dezinfeksiya tədbirləri eyni zamanda zoonoz xəstəliklərin qarşısını almağa və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərini gücləndirməyə kömək edir. Həyata keçirilən tədbirlər fermerlər üçün iqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Belə ki, davamlı tədbirlər müalicə xərcləri, heyvan tələfatı və məhsul itkilərini minimuma endirir.

Nəticədə, heyvandarlıq fermalarında dezinfeksiya tədbirləri planlı, mütəmadi və müvafiq standartlara uyğun həyata keçirilməli, bu yolla həm heyvanların sağlamlığı qorunmalı, həm də dayanıqlı və təhlükəsiz heyvandarlıq məhsulları istehsal edilməlidir.

AXA fermerlərin nəzərinə çatdırır ki, dezinfeksiya tədbirləri yalnız təlimata uygun olaraq baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əks təqdirdə məhlulun düzgün hazırlanmaması və tətbiqi heyvan tələfatına səbəb ola bilər. Bununla bağlı heyvan sahibləri AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon idarələrinə müraciət etməsi tövsiyə olunur.

Qeyd edək ki, vətəndaşların müraciəti əsasında aparılan dezinfeksiya tədbirləri baytarlıq xidmətlərinin tariflərinə uyğun tənzimlənir.

TodayPress TV

FOTOLAR

Heyvan sağlamlığının təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir — 1
Heyvan sağlamlığının təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər