Aqrar Sığorta Fondu: Fermerlərə dəymiş zərərlə bağlı 120-dən artıq müraciət daxil oldu

Aqrar Sığorta Fondu: Fermerlərə dəymiş zərərlə bağlı 120-dən artıq müraciət daxil oldu
17.05.2025 12:32 Kənd Təsərrüfatı

Bu ilin aprelin ortalarından başlayan güclü yağışlar və digər təbiət hadisələrindən dəymiş zərər ilə bağlı Aqrar Sığorta Fonduna 30-a yaxın rayondan 120-dən artıq müraciət daxil olub və hazırda müraciətlər davam edir. 

TodayPress TV bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir. 

Məlumata əsasən, Fondun rəhbərliyi təbiət hadisələrinin zərər vurduğu sığortalı təsərrüfatlarda olub.

Son günlər baş verən təbiət hadisələri, bölgələrdə güclü yağış və dolu, sel-subasma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsirini göstərib. 

Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlar arasında taxıl sahələri, pambıq əkinləri, meyvə bağları və sair təsərrüfatlar var. Daxil olmuş müraciətlər əsasında onlarla müstəqil aqrar sığorta eksperti bölgələrə ezam edilib. 

Ekspertlər təsərrüfatlarda baş verən hadisələri və zərərlərin səbəbini araşdırır, dəymiş zərərin ilkin qiymətləndirməsini həyata keçirirlər.

Zərərlərin aqrar sığortanın əhatə etdiyi risklərdən baş verdiyi təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur.  Hadisə baş vermiş ərazilərdə vəziyyətlə tanış olmaq məqsədilə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və fondun nümayəndələri şimal bölgəsindəki sığortalı təsərrüfatlarda olub. 

Xaçmaz rayonun Cığatay kəndində yerləşən badam, heyva, nektarin və gilas bağlarına güclü yağış və sel-subasma nəticəsində böyük zərər dəyib. Təsərrüfatdakı ağacların böyük hissəsi su altında qalıb.

Aqrar Sığorta Fondunun rəhbərliyi bağa baxış keçirib, fermer və təsərrüfat rəhbərləri ilə baş vermiş hadisəni müzakirə edib, fondun ekspertləri təsərrüfat nümayəndələrinə hadisənin zərərlərini azaltmaq üçün tövsiyələrini veriblər.  Fond rəhbərliyi Xaçmazda şaxta hadisəsi baş vermiş digər meyvə bağında da olub.

Bağa baxış zamanı məlumat verilib ki, mart ayının sonunda bölgədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperaturun enməsi baş verib və bəzi ağaclar şaxtaya məruz qalıb. Təsərrüfat nümayəndələri temperaturun mənfi 3-4 dərəcəyədək azaldığını bildiriblər. Fondun ekspertləri bağlara baxış keçirib, təsərrüfatın şaxtadan qorunması ilə bağlı tövsiyələrini səsləndiriblər. 

Qeyd edilib ki, sözügedən təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, onlara dəyən təsdiqlənmiş zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaq. 

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları bütün təbiət hadisələri – dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma (donvurma), zəlzələ, torpaq sürüşməsi, daşqın və sair hallardan qoruyur.

Eləcə də fermerlər təsərrüfatlarını leysan yağışları, doludan keyfiyyfət itkisi, vəhşi heyvanların vurduğu zərər və 3-cü şəxslərin hərəkətlərindən sığorta edə bilərlər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər