Rekord pambıq məhsuldarlığı kəndlərə nə qazandırdı?

Rekord pambıq məhsuldarlığı kəndlərə nə qazandırdı?
12.12.2025 15:40 İqtisadiyyat

Azərbaycan 2025-ci ildə son 20 ilin ən yüksək pambıq məhsuldarlığına nail olub. Rəsmi qurumlar bunu kənd təsərrüfatında mühüm göstərici və kənd icmalarının inkişafı üçün əhəmiyyətli addım kimi dəyərləndirirlər.

Lakin iqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında bildirib ki, rekord rəqəmlər kənd əhalisinin sosial-iqtisadi rifahına təsir göstərmir:


Onun sözlərinə görə, nəticələr səthdən müsbət görünsə də, real fayda əsasən pambıq sektoruna nəzarət edən iri təsərrüfatlara çatır:

"Rekord pambıq məhsuldarlığı ilk baxışda kənd icmalarının inkişafı üçün müsbət görünsə də, tənqidi yanaşma göstərir ki, bu artımın real faydası əsasən pambıq sahəsinə nəzarət edən iri təsərrüfatlara və vasitəçilərə gedir. Ümumi gəlir artsa da, onun bölgüsündə qeyri-bərabərlik qalır. Böyük fermer təsərrüfatları daha çox qazanır, kiçik fermerlər və mövsümi işçilər isə demək olar ki, eyni səviyyədə qalır".

İqtisadçı əlavə edib ki, pambığın təhvil qiymətinin bazar tərəfindən deyil, satınalma şəbəkəsinə nəzarət edən qurumlar tərəfindən müəyyən olunması kəndlilərin qazancını məhdudlaşdıran əsas amillərdəndir. Məhsuldarlıq rekordları kəndlilərin gəlirlərində ciddi dəyişiklik yaratmır.

Ekspert vurğulayıb ki, yüksək məhsuldarlığın yaratdığı əlavə yük daha çox kəndlilərin üzərinə düşür:

"Su resurslarına təzyiq, torpağın yorulması, pestisid və gübrələrin artması həm ətraf mühitə, həm də insanların sağlamlığına mənfi təsir edir. Yığım zamanı işçi qüvvəsinə tələbat artsa da, bu məşğulluq qısamüddətlidir və əmək hüquqları çox vaxt zəif qorunur".

Akif Nəsirlinin fikrincə, pambığa verilən prioritet kənd təsərrüfatının şaxələndirilməsi prosesinə də zərbə vurur:

"Meyvə-tərəvəz, heyvandarlıq və ya daha gəlirli məhsullar geri planda qalır. Kəndlilərin alternativ qazanc imkanları məhdudlaşır. Rekord məhsuldarlıq daha çox pambıq avadlarına xeyir verir, kənd icmalarının sosial-iqtisadi vəziyyətində isə gözlənilən dönüşü tam yaratmır", - deyə o bildirib.

Qeyd edək ki, dekabrın 11-dək əkin aparılmış 100 468.1 hektar sahədən kondisiya çəkidə 354 906 ton xam pambıq tədarük olunub. Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35.33 sentner/ha təşkil edir. Bu, 2000-ci ildən bu yana ölkəmizdə qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb - 33.6 sentner/ha.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər