Neft koksunun ixracından gəlirlər 3 dəfədən çox artdı

Neft koksunun ixracından gəlirlər 3 dəfədən çox artdı
17.07.2025 11:44 İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 98,866 min ton neft koksu ixrac edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu miqdarda neft koksunun ixracından əldə olunan gəlir 31,158 milyon ABŞ dolları olub.

Neft koksunun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 20 min ton və ya 16,8% azalıb, dəyər ifadəsi ilə 20,987 milyon ABŞ dolları, yaxud da 3,1 dəfə artıb

Ötən ilin birinci yarısında Azərbaycandan xaricə 118,871 min ton miqdarında, 10,171 milyon ABŞ dolları dəyərində neft koksu ixrac edilmişdi.

Neft koksu ixracı 2025-ci ilin ilk altı ayının ixracına nisbətən 0,24% təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 105,3 min ton neft koksu istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 min ton və ya 5,2% azdır. Ötən ilin müvafiq dövründə ölkədə 111,1 min ton neft koksu istehsal edilmişdi. Cari ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 37,8 min ton təşkil edib.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

XƏBƏR LENTİ
06 AVQUST 2026
“Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Bütün Xəbərlər