Mikayıl Cabbarovun Qətərə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair müzakirələr aparıldı

Mikayıl Cabbarovun Qətərə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair müzakirələr aparıldı
06.09.2025 21:00 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərə səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin qəbulunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin inkişaf perspektivləri qeyd olunub.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, Qətərlə ticarət əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında məlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Qətər Investisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Qətərin "Power International Holding"in Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib. Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları dəyərləndirilib.

Səfər çərçivəsində SOCAR-la Qətərin UCC holdinqi arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşma memorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və UCC holdinqinin prezidenti Ramez Al-Xayyat imzalayıblar. SOCAR və Qətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpası, regionun davamlı inkişafı baxımından əhəmiyyət kəsb edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər