MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artdı

MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artdı
30.08.2025 11:20 İqtisadiyyat

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 603,7 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 25,9 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 10,6 % artaraq 1 milyard 37,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 31,2 % artaraq 3 milyard 566,2 milyon ABŞ dolları olub.

7 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,8 %, idxalında payı isə 26,2 % olub.

Konkret ölkələrə gəlincə isə, yanvar-iyul aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 69,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 721,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2 milyard 348,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 19,3 %, ixrac 9,9 %, idxal isə 22,5 % artıb.

Azərbaycanın Belarusla ticarət dövriyyəsini dəyəri 239,1 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 45,1 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 194 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,6 %, idxal 12,9 % azalıb, ixrac isə 77,4 % artıb. 

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 517,2 milyon 156 min ABŞ dolları, o cümlədən bu ölkəyə  ixracının dəyəri 60 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 457,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 53,3 %, idxal isə 4,7 dəfə artıb.

Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 154 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 37,2 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 116,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 41 %, ixrac 29,5 %, idxal isə 44 % azalıb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 268,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 35,4 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 233,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,2 dəfə, ixrac 1,9 dəfə, idxal isə 2,3 dəfə artıb.

XƏBƏR LENTİ
17 IYUN 2026
“BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO 10:28 Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Qəzada ölən Məryəmin orqanları bağışlandı 08:42 "Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı 08:30 Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Bəzi sürücülər kəmər taxmaya bilər 22:42 Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Bütün Xəbərlər