İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak etdi

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak etdi
21.09.2025 15:51 İqtisadiyyat

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib.

TodayPress TV xəbər verir ki, müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiya cəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O qeyd edib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizin əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirir. Ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında önəmli rol oynayır. Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illər artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat və logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə nümayiş etdirir.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının investisiya potensialı barədə məlumat verilib. Nazir müavini enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını qeyd edib.

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər