Ələt Azad İqtisadi Zonası Yaponiyada keçirilmiş sərgidə təmsil olundu

Ələt Azad İqtisadi Zonası Yaponiyada keçirilmiş sərgidə təmsil olundu
14.07.2025 17:47 İqtisadiyyat

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Asiyanın aparıcı sənaye sərgilərindən biri olan “Manufacturing World Tokyo 2025"də iştirak edib. Sərgi Yaponiyanın "Makuhari Messe" sərgi mərkəzində keçirilib.

TodayPress TV xəbər verir ki, sərgi çərçivəsində Səlahiyyətli Qurumun nümayəndələri Yaponiya, Cənubi Koreya, Çin, Hindistan və digər ölkələrdən olan şirkətlərlə görüşlər keçirib.

Bu görüşlər zamanı nümayəndə heyəti Azad Zonada investisiya imkanları, o cümlədən unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, strateji coğrafi mövqe və istifadəyə hazır sənaye torpaq sahələri barədə ətraflı məlumat təqdim edib. Aparılmış müzakirələr məhsuldar olmuş və emal sənayesi və digər strateji sahələrdə mümkün əməkdaşlıq perspektivləri yaratmışdır.

Ələt Azad İqtisadi Zonası Qafqaz regionunun ən böyük azad iqtisadi zonasıdır və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Azad Zona, eyni zamanda, multimodal logistika imkanlarından yararlanır və hazırda inkişaf mərhələsində olan yük hava limanı sayəsində nəqliyyat və logistika potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Səlahiyyətli Qurum beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyə davam edir və yüksək əlavə dəyərli, ixracyönümlü istehsalatla məşğul olan şirkətləri yeni və perspektivli bazarlara çıxış üçün təqdim olunan imkanlarla tanış olmağa dəvət edir.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB 20:33 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Bütün Xəbərlər