Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?
13.10.2025 14:13 İqtisadiyyat

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə bütün növ qiymət artımlarını qadağan edən qərar imzalayıb və sənədin dərhal qüvvəyə mindiyini bəyan edib. 

Dövlət başçısının sözlərinə görə, bu addımın əsas məqsədi inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi qorumaqdır.

Bəs belə bir inzibati qərar Azərbaycanda da tətbiq oluna bilər?

İqtisadçı Elçin Rəşidov TodayPress TV-yə açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun istənilən qiymət artımını qadağan edən qərarı qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün zərərlidir.

Onun sözlərinə görə, belə inzibati qərarlar ilkin mərhələdə inflyasiyanın qarşısını alır və alıcılar qiymətlərin artmadığını hiss edirlər. Lakin bu tədbirlər uzunmüddətli dövrdə iqtisadiyyatı kiçildir, istehsala, ticarətə və ümumilikdə bazar mexanizminə mənfi təsir göstərir:

"İqtisadiyyatda qiymətlər tələb-təklifə uyğun formalaşmalıdır. İnflyasiyanı inzibati yolla deyil, Mərkəzi Bankın faiz dərəcəsi siyasəti və digər makroiqtisadi alətlərlə tənzimləmək lazımdır. Belə olduqda, inflyasiya ilə əmək məhsuldarlığı arasında balans qorunur".

İqtisadçı əlavə edib ki, qiymət artımını inzibati yolla məhdudlaşdırmaq bazar mexanizmini pozur və istehsalçı ilə ticarətçinin fəaliyyətinə zərbə vurur:

"Qiymətlər mövsümdən, təklif və xammal amillərindən asılı olaraq dəyişməlidir. Bu cür müdaxilələr sektorları sıradan çıxara bilər. Əks halda, istehsalçı və ticarətçinin bazarı ölür. Yəni bu sektorda qiymətlər mövsümə görə dəyişməlidir. Belə addımların daha bir mənfi nəticəsi qara bazarların formalaşması və məhsul çatışmazlığıdır. Bu isə növbələrin yaranmasına, qeyri-rəsmi əməliyyatların artmasına, korrupsiya hallarının çoxalmasına və işsizliyin yüksəlməsinə gətirib çıxaracaq. Belarusda baş verən proseslər nəticəsində valyutanın dəyərdən düşməsi, qiymətlərin artması və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq".

Elçin Rəşidov vurğulayıb ki, eyni addım Azərbaycanda tətbiq olunsa, nəticələr eynilə Belarusdakı kimi olacaq. Buna görə də o, bu addımı düzgün hesab etmir.

Mütəxəssisin fikrincə, Lukaşenkonun qərarı populist xarakter daşıyır və uzunmüddətli dövrdə davamlı ola bilməyəcək:

"İnanmıram ki, Belarus hökuməti bu qərarın arxasında uzun müddət dayana bilsin. Real bazar təzyiqləri onları düzgün iqtisadi siyasətə qayıtmağa məcbur edəcək", - deyə Elçin Rəşidov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə? — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadioununu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Bütün Xəbərlər