AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu
15.07.2025 12:30 İqtisadiyyat

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) təşkil etdiyi “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsinə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində AZSTAND əməkdaşı və “İnformasiya-kommunikasia texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri İsveçrə Konfederasiyasının Cenevrə şəhərində ISO-nun təşkilatçılığı ilə həyata keçirilən Süni İntellekt üzrə bir sıra təlim və seminarlara qatılıb.

Layihədə ölkəmizlə yanaşı, Amerika Birləşmiş Ştatları, Baham Adaları, Braziliya, Böyük Britaniya, Cənubi Afrika, Cənubi Koreya, Kanada, Hindistan, İndoneziya, Misir, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı və Uqanda iştirak etmək hüququ qazanıb.

Layihənin əsas məqsədi maraqlı tərəflərin süni intellektin idarə olunması sahəsində beynəlxalq və milli standartlara uyğun ən yaxşı tənzimləmə nümunələri barədə məlumatlandırılması, həmçinin süni intellekt siyasəti və standartları üzrə təcrübə mübadiləsinin artırılmasıdır.

Səfər çərçivəsində, həmçinin nümayəndələrin Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkil etdiyi "Artificial Intelligence for Good" adlı süni intellekt texnologiyalarının qlobal problemlərin həllində tətbiqini təşviq edən beynəlxalq sammitdə iştirakı təmin olunub.

FOTOLAR

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu — 1
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu — 2
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu — 3
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu — 4
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər