Azərbaycanla Çexiya ikitərəfli ticarət dövriyyəsinin artırılmasını müzakirə etdi

Azərbaycanla Çexiya ikitərəfli ticarət dövriyyəsinin artırılmasını müzakirə etdi
23.07.2025 22:40 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən TodayPress TV-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarov bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə də Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair fikir mübadiləsi də olub. Tərəflər innovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə ediblər.

Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə görüşdə isə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal işbirliyinə dəvət olunub.

“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər