Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək

Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək
28.07.2025 15:02 İqtisadiyyat

Yaxın gələcəkdə Vyetnamda baş tutacaq Azərbaycan xalçalarından ibarət sərginin detalları müzakirə olunub.

TodayPress TV bu barədə “Azərxalça” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Bakıda keçirilən 3-cü “Vyetnam Günləri” çərçivəsində baş tutub. Tədbirin əsas məqsədi iki ölkənin mədəni əlaqələrini genişləndirməkdir. Bu məqsədlə xarici qonaqlara Azərbaycan xalçaları nümayiş etdirilib.

“Azərxalça”nın İçərişəhərdə yerləşən satış və nümayiş salonunda baş tutan görüşdə qurumun İdarə heyətinin sədri Emin Məmmədov başda olmaqla yaradıcı heyət, Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi tədbir üçün Bakıya gələn qrup nümayəndələri iştirak edib.

Qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü haqqında geniş məlumat verilib. “Azərxalça”da istehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunan xalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə qonaqlar xalça toxuma prosesində iştirak ediblər, ilmə atmağı öyrəniblər. Xalça toxunmasında iştirak edən hər bir kəsə E. Məmmədov sertifikatlar təqdim edib.

FOTOLAR

Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 1
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 2
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 3
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 4
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 5
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 6
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 7
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 8
Azərbaycan xalçaları Vyetnamda sərgilənəcək — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Bütün Xəbərlər